Bakının Səbail rayonunda təmizlik-abadlıq işləri keçirilib. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az rayon Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Aparılan iməcilik çərçivəsində rayon ərazisində yerləşən prospekt və küçələr, park və xiyabanlar yuyularaq təmizlənib. Həmçinin binaların fasadları, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər, reklam lövhələri təmizlənib.
Əlavə olaraq ərazidə olan ağaclar budanaraq onlara xüsusi qulluq göstərilib.
[URIS id=119538]