Bakının Səbail rayonunun mərkəzində su kəsilib. Bu haqda 8 aprel tarixində Bakuplus.az "Azərsu" ASC-yə istinadən xəbər verir.
Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.