Səbail rayonunda iməcilik keçirilib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən abadlıq işləri çərçivəsində rayon ərazisində yerləşən prospekt və küçələr, park və xiyabanlar, həmçinin yeraltı piyada keçidləri, səkilər, bordürlər, işıq dirəkləri və mağaza vitrinləri, eləcə də binaların fasadları təmizlənib.
Bundan əlavə, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, ağaclar budanaraq onlara xüsusi qulluq göstərilib.
[URIS id=106405]