Bakının Səbail rayonunda qanunsuz tikililər aşkarlanıb. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Aparılan monitorinqlər zamanı sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparıldığı məlum olub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar və qanunsuz inşa olunan tikililər sökülüb.