Paytaxtın Sabunçu rayonunda yerləşən su kanalı daim avtoqəzalara səbəb olur. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, kanalın ətrafı hasarlanmayıb, axşamlar isə işıqlandırma zəif olur deyə avtomobillər daimi olaraq suya düşürlər. Sakinlərin sözlərinə görə, ayda 5-6 avtomobil su kanalına düşür.
Həmçinin kanaldan üfunət iyi gəlir. Sakinlər kəskin qoxudan və antisanitariyadan şikayət edirlər.
Rəsmi qurumlar hasarlanma ilə bağlı bir cavab verməyib, ancaq kanalın çirklənməsində sakinlərin günahı olduğunu qeyd edib. Belə ki, kanal təmizlənsə də, sakinlər oranı yenidən zibilləyirlər.
[caption id="attachment_95781" align="alignnone" width="640"]
Foto ATV[/caption]