Sabunçu rayonunda qaz xətləri təmir olunur.
Azəriqaz xəbər verir ki, ümumi uzunluğu 22.465 m nəzərdə tutulan qaz xəttinin yenidən qurulmasına başlanılıb. Artıq 10.000 m-dən çox hissəsində işlər yekunlaşıb.
Bildrilir ki, Birliyin Layihə Konstruktor Bürosu tərəfindən təqdim olunan 29 layihədən 10-da işlər artıq tam yekunlaşıb, 17 layihə üzrə işlər davam edir, 2 obyekt üzrə isə işlərə yaxın günlərdə start veriləcək.