top
“Sanki “çayxana” açırlar… Yasamal İH bunu görmürmü?” - ŞİKAYƏT + VİDEO 
21 dekabr 2024, 07:32
- ↺ +

“Sanki “çayxana” açırlar… Yasamal İH bunu görmürmü?” - ŞİKAYƏT + VİDEO 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yasamal rayonu M.Seyidov küçəsinin sakinləri yollardakı bir sıra problemdən narazıdır.

Bakuplus.az xəbər verir ki, onlar əsasən küçədə sıxlığa səbəb olan yanlış avtomobil parklanmasından şikayətçidir.

Sakinlərin sözlərinə görə, küçədə Yasamal rayon Yaşıllaşdırma İdarəsinə məxsus “vaqon ofis”lər var ki, bunların qarşısında dayanan avtomobillər yolları daha da daraldır və sıxlığa səbəb olur:

“Bura Mətbuat prospekti və Şərifzadə küçəsinə paralel küçədir. Yəni ki, iki böyük prospektin sıxlığının qarşısını alan yeganə yoldur. Ancaq burda da yolun kənarına qoyduqları bu “vaqon ofis”ləri iş yeri elan ediblər. Onun qarşısında isə insanlar gəlib avtomobillərini park edirlər. Belə yolu daraltmaq nə qədər doğrudur? İki böyük prospektdəki sıxlıqdan qaçan maşınlar burada necə bir sıxlıq yaradacaqlar? Yasamal rayon İcra Hakimiyyəti bunu görmürmü?”.

Sakinlərdən birinin sözlərinə görə, sözügedən ofisdə səhər saatlarından səs-küy başlayır və bu da onların haqlı narazılıqlarına səbəb olur.

“Burada səhərdən səs-küy, dava-dalaş başlayır və hətta yay aylarında vaqonun qarşısında sanki “çayxana” açırlar. Bununla bağlı isə dəfələrlə sakinlər narazılıqlarını bildiriblər”, - deyə qeyd olunub.

Həmçinin məsələ ilə bağlı paylaşılan görüntülərdə küçədə olan zibil qablarının da qarşısının keçilməz vəziyyətdə olduğu görülür. Belə ki, sürücülər avtomobillərini zibil konteynerlərinin qabağına park ediblər. Bu da sakinlərə həm zibil atmaqda, həm də ümumi olaraq yolda hərəkət etməkdə çətinlik yaradır.


Sevinc

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər