Sosial şəbəkədə hesab açıb narkotik daşınması üçün kuryerlik təklif edir... Maraqlananlar da az deyil...
Əməkdaşlardan biri özünü iş axtaran kimi təqdim edib narkotacirlə əlaqə saxlayıb. Deyir ki, onu görmək mümkün deyil. Əməkdaşlıq yalnız telefon vasitəsilə aparılır. Ödəniş isə kartla olur.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
DİN-in mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov onu da qeyd edib ki, belə şəxslər məsuliyyətə cəlb edilirlər.
Qeyd edək ki, narkotik vasitə və psixotrop maddəni satanlarla yanaşı, bu vasitələri təbliğ edənləri də həbs cəzası gözləyir.
Ətraflı Xəzər TV-nin süjetində: