Paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kanalizasiya xətti 14 gündür təmir edilmir. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, partlamış kanalizasiya borusundan axan çirkab su yaşayış evlərin zirzəmisinə dolur. Onlar dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, məsələ həllini tapmayıb.
Bundan əlavə, ərazidən zibillər də vaxtında yığılmır. Bu da antisanitariyanın səviyyəsini daha da artdırır.
Bakı şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirilir ki, əraziyə baxış keçirilib və bir sıra qurum nümayəndələrinə töhmət verilib. Nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.