Suraxanı rayonunda küçə ticarətinə qarşı reyd keçirilib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Trend-ə istinadən xəbər verir.
Vətəndaşların şikayəti əsasında aparılan yoxlama zamanı küçə ticarəti, antisanitariya, çirkab suların küçəyə axıdılması və digər hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilib. Reyd zamanı qanun pozanlar məsuliyyətə cəlb olunublar, onlarla profilaktik söhbətlər aparılıb.
Yoxlamalar bundan sonra da davam edəcək.