Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində Dənizkənarı küçəsi təmir olunub. Bu haqda bu gün, 5 sentyabr tarixində Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 1000 metr olan küçədə 5500 kv.m sahədə asfalt örtüyü salınıb.
Rayon ərazisində qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltsız yolların yenidən qurulması və abadlaşdırılması mərhələli şəkildə davam etdirilir.