top
“Üç Tac”ın yaxınlığındakı göl bina tikmək üçün qurudulur
11 aprel 2023, 05:40
- ↺ +

“Üç Tac”ın yaxınlığındakı göl bina tikmək üçün qurudulur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Yasamal rayonunda yerləşən “Tri koronı” (“Üç tac”) kimi tanınan binaların sakinləri yaxınlıqdakı gölün hazırkı vəziyyətindən narahatdırlar. Sakinlər illərdir istifadəsiz qalan ərazidə abadlaşdırma işlərinin aparılmasını tələb edirlər. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az İTV-yə istinadən məlumat verir.

Həmin ərazidə yerləşən göl tərk edilmiş əraziyə çevrilib. Yaxınlıqda yaşayan 120 ailəlik binanın sakinləri ümumi vəziyyətdən narahatdırlar. Bu səbəbdən onlar gölün abadlaşdırılmasını tələb edirlər. Sakinlərin iddiasına görə, ərazidə gölü qurutmağa çalışanlar var. Məqsəd isə burada bina tikintisinə başlamaqdır.

Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) bildirdilər ki, həmin ərazi şəxsi mülkiyyətdir və bir neçə il əvvəl sahibkar orda tikinti işləri planlaşdırırdı. Ancaq sakinlər etiraz etdiyi üçün layihə dayandırılıb.

“Həmin dövrdə bu, ətrafda yaşayan sakinlərin narazılığına səbəb oldu. Yəni belə bir fikir yarandı ki, gölü doldurmaq istəyirlər. Torpaqla doldurmaq istəyirlər. Lakin bu gölü doldurmaq məqsədilə deyildi. Ərazidə tikinti işlərinə hazırlıq işləri məsələsi idi. O vaxt sakinlərin müraciətinə belə bir reaksiya olundu və aparılan layihələndirmə və tikinti işləri dayandırıldı,” - deyə Yasamal RİH-nin əməkdaşı Eyvaz Bağırov qeyd edib.

“Sadəcə burada yanaşma düzgün deyil. Çünki sakinlər hesab edirlər ki, həmin ərazi abadlaşdırılmalıdır. Amma Bakı şəhərində, ümumiyyətlə, şəhərdə görülən bütün tikinti, abadlıq, yenidənqurma işləri bildiyiniz kimi şəhərin baş planına uyğun olaraq aparılır,” - ərazidə abadlaşdırma işlərinin aparılmasından danışan RİH-nin əməkdaşı əlavə edib.

Rəsmi qurumların sözlərinə əsasən, ərazi şəxsi mülkiyyət olduğuna görə orada heç bir iş görülə bilməz. Bu isə o deməkdir ki, ərazi hələ bir müddət bu vəziyyətdə qalacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Oxşar xəbərlər