top
“TikTok” istifadəçilərinin NƏZƏRİNƏ: Qaydalar belədir...
21 yanvar 2025, 07:00
- +

“TikTok” istifadəçilərinin NƏZƏRİNƏ: Qaydalar belədir...

“TikTok” platforması əsasən istifadəçilərin qısa videolar yaratması və paylaşması üçün istifadə olunan sosial media vasitəsidir. Bu videolar müxtəlif mövzulara aid ola bilər: əyləncə, musiqi, rəqs, komediya, təhsil, həyat tərzi və sair. “TikTok” istifadəçilərə yaradıcı kontent hazırlamaq, digər istifadəçilərin videolarını izləmək və sosial şəbəkələrdə əlaqə yaratmaq imkanı verir.

Lakin təəssüf ki, bəzi istifadəçilər platformanın əsas məğzini anlamadan, istifadə qaydalarını bilmədən videolar paylaşır, “hipe” yığmaq üçün çalışırlar.

Maraqlıdır, “TikTok” necə bir platforma məkanıdır?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən texnoloq Elvin Həsənov deyir ki, əsas məğzini bilməyən insanların istifadə tərzinə görə “TikTok” neqativ məkana çevrilib:

“TikTok” qlobal miqyasda milyonlarla istifadəçinin gündəlik həyatda sürətli video paylaşımlarına əsaslanan bir sosial media platformasıdır. Platformanın əsas məqsədi istifadəçilərə sadə, əyləncəli və qısa formada videolar vasitəsilə öz istedadlarını göstərməyə imkan yaratmaqdır. Ancaq onun istifadəsi bir çox insanlar tərəfindən düzgün başa düşülmür. Bunun üçün bəzən platforma neqativ məqsədlər üçün istifadə olunur. Bu platforma, xüsusilə də qısa müddətli, lakin yüksək təsir gücünə malik məzmunlar yaratmaq istəyən insanlar üçün nəzərdə tutulub.

Əslində, “TikTok” istifadəçilərinə yalnız əyləncə deyil, həm də maariflənmə, sosial məsələlərin müzakirəsi və hətta təlim-tədris üçün əvəzolunmaz imkanlar təqdim edir. Platformanın əsas gücü onun alqoritmidir. Yəni istifadəçi maraqlarına əsaslanan məzmun təqdim edərək interaktivliyi artırır. Azərbaycanda “TikTok” istifadəçilərinin davranışlarına baxdıqda, təəssüf ki, bəzən məzmun keyfiyyətinin arxa planda qaldığını görürük. Bəzi istifadəçilər sadəcə baxış sayı qazanmaq üçün diqqətçəkici, lakin mənasız və ya zərərli məzmunlar paylaşırlar. Bu, həm istifadəçilərin, həm də cəmiyyətin ümumi inkişafına mane ola bilər.

Ümumiyyətlə, mən deyərdim ki, belə platformalardan düzgün istifadə üçün cəmiyyətin rəqəmsal savadlılığı artırılmalıdır. İnsanlara “TikTok”un yalnız əyləncə məkanı olmadığını, həm də özlərini inkişaf etdirmək və cəmiyyətə müsbət təsir göstərmək üçün bir vasitə olduğunu anlatmaq vacibdir. Eyni zamanda, “TikTok”un valideyn nəzarəti və kontent filtrasiya kimi funksiyalarından səmərəli istifadə edilməlidir ki, zərərli təsirlərin qarşısı alınsın”.

“TikTok”da paylaşılan videolar hansı kontentdə olmalıdır?

Onun sözlərinə görə, paylaşılan videoların hər birində ən əsası maarifləndirici nə isə olmalıdır:

“TikTok”da paylaşılan videolar əsasən öyrənməyə və öyrətməyə təşviq yönümlü olmalıdır. Belə ki, maarifləndirici və təlimat xarakterli (texnologiya, proqramlaşdırma, şəxsi inkişaf və ya biznes ilə bağlı biliklər), incəsənət xarakterli (milli musiqi, rəqslər, mətbəx və s. məzmunlar), əyləncəli (yumorla təqdim olunan və ya ilhamlandıran videolar), sağlam həyat tərzini təbliğ edən (idman, qidalanma), habelə texnoloji yeniliklərə bağlı olan tanıtımlar və izahlar olan videoların paylaşılması düşünürəm ki, daha faydalı olar”.

Bəs “TikTok” istifadə qaydaları nədən ibarətdir? Hansı kontenti qəbul etmir, hansı səsləri bloklayır və ya hansı videoları paltformadan silir?

Bu barədə fikirlərini bölüşən texnoloq E.Həsənov bildirir ki, təhlükəsizliyi təmin etmək üçün platforma bir neçə alqoritm üzrə işləyir:

“Bu platforma istifadəçi təhlükəsizliyini təmin etmək və platformada sağlam bir rəqəmsal mühit yaratmaq üçün ciddi qaydalar tətbiq edir. Bu qaydalar çərçivəsində bəzi növ video kontentlər, səslər və davranışlar qadağandır. Bu səbəblə platformanın alqoritmləri və nəzarət komandası qaydalara riayət olunmasını təmin edir.

Nümunə göstərsək, platforma fiziki və psixoloji zorakılığı təşviq edən, özünə zərərvurma, intihar və ya özünə qarşı zorakılığı təşviq edən məzmunlar, narkotik vasitələrin, silahların və ya qeyri-qanuni məhsulların tanıtımı və s. kimi kontentli videoların təbliğini, yayımlanması dəstəkləmir. Nəinki qadağa olunmuş kontent videoların, eləcə də platformanın qaydalarına zidd olan paylaşımlar olduqda, məsələn, müəllif hüquqlarını pozan səslər (icazəsiz musiqi və ya audio istifadə) aşkar etdikdə avtomatik alqoritm həmən videoları bloklaya və ya silə bilir”.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Bu gün, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Bu gün, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Bu gün, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Bu gün, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Bu gün, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Bu gün, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Bu gün, 11:58

Pivə zavodundan Xəzər dənizinə çirkab sular axıdılır?

Xəbər
Bu gün, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Bu gün, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Dünən, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Dünən, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Dünən, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Dünən, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Dünən, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Oxşar xəbərlər