Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində abadlıq işləri aparılır. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən təmir işləri çərçivəsində Lev Starçuk küçəsi, 1, 3 və 5 saylı binaları əhatə edən məhəllədə giriş qapıları və ümumi istifadə yerlərindəki pəncərələr təmir olunub, yeni bordürlər quraşdırılıb və 1860 kv.m sahəyə asfalt örtüyü vurulub.
Həmçinin əraziyə zibil konteynerləri qoyulub, yaşıllıq zolaqları yaradılıb.
[URIS id=83038]