top
Virciniya ştatında yaşayan azərbaycanlı jurnalist: “CBP1 lotereyasında qalib gələnlər Amerikaya buraxılmır”
24 yanvar 2025, 04:11
- ↺ +

Virciniya ştatında yaşayan azərbaycanlı jurnalist: “CBP1 lotereyasında qalib gələnlər Amerikaya buraxılmır”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol



Bir neçə gün öncə ABŞ-nin 47-ci Prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub. İnaqurasiya mərasimindən sonra 200-ə yaxın qanun qüvvəyə minib. Miqrantlar, transgenderlər və CBP1 proqramına stop qoyulması ilə bağlı qərarlar səs-küyə səbəb olub.




İnsanoid.com-un əməkdaşı Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında yaşayan həmyerlimiz jurnalist Leyla Abbasova ilə danışıb. O, baş verən prosesləri şərh edib.

Müsahibəni təqdim edirik:

– Leyla xanım, bildiyimiz qədər siz “Green Card” vasitəsi ilə Amerikada yaşamaq hüquq qazanmısınız. Həmin proses haqqında danışmağınızı istərdim.

– Mən Azərbaycanda 10 ildən artıq müxtəlif televiziya kanallarında jurnalist olaraq fəaliyyət göstərdim. Bir gün “Green Card” lotereyasından qeydiyyatdan keçdim. Elə həmin il qalib oldum və ailəm ilə birlikdə Amerikaya köçmək qərarı aldıq. Artıq üç ildir ki, Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında yaşayıram.

– Bir neçə gün öncə ABŞ-nin 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub. Bir çox qərarlar qəbul edilib. Amerikada yaşayan həmyerlimiz kimi münasibət bildirməyinizi istərdim. Sizcə, Tramp hansı siyasəti yürüdəcək? Gözləntiləriniz nələrdir?

– Bu proses birbaşa bizə aid olmasa da, təbii ki, zəncirin bir halqasıyıq. Amerikada yaşayan azərbaycanlılar üçün şərtlər fərqlidir. Mən və mənim kimi “Green Card” vasitəsilə, eləcə də qanuni yollar ilə Amerikada yaşayanlar, işləmək icazəsi, yaşamaq hüququ olanlar var. Bir də qeyri-qanuni yollar ilə Amerikaya gələnlər var. Heç bir sənədi, işləmək, yaşamaq icazəsi və hüquqi olmayan şəxsləri nəzərdə tuturam.

Sənədsiz azərbaycanlılar ilə bağlı heç də yaxşı vədlər yoxdur. Bu şəxslər təşviş içərisindədirlər. Vəziyyətləri heç də yaxşı deyil. Bununla yanaşı taleləri də sual altındadır. Çünki bilinmir ki, yeni hökumət Amerikaya qanunsuz şərtlərlə daxil olan şəxslər ilə bağlı hansı qərarı verəcək.

Təbii ki, bu gözlənilən idi. Donald Trampın ilk hakimiyyət dövründən  onun miqrantları sevmədiyi artıq hər kəsə bəllidir. Bunun müəyyən səbəbləri var. Onun açıqlamasına görə, miqrantlar yerli cəmiyyətə uyğunlaşmır. Onların gəlməyi ilə ucuz işçi qüvvəsi yaranır. Miqrantaları sevməməyinə səbəb olaraq bu açıqlamanı verib. Yeni prezident Amerikanın qapılarının hər kəsə açıq olmasını da istəmir.

– Donald Trampın inaqurasiya mərasimindən sonra 200-ə yaxın qanun qüvvəyə minib. Miqrantların sərhədi keçməyində problemlər yaranıb. Bununla yanaşı CBP1 proqramına stop qoyulub. Bir çox azərbaycanlı sərhəddə qalıb..

– Bəli, Tramp hakimiyyətə gəldikdən sonra 200-ə yaxın qanun imzaladı. Bunlardan ən səs-küy yaradanı Amerikanın Paris İqlim Sazişindən, Dünya Səhiyyə Təşkilatından çıxmağı, miqrantların üzərinə qapıların bağlanmasıdır. Bununla yanaşı transgenderlərlə bağlı verilən qərarlar da oldu. Təbii ki, həm demokratların, həm də respublikaçıların bunlar ilə bağlı öz qərarları var. Demokratlar düşünürlər ki, insanlar daha rahat yaşamalı, Amerika hər kəsin üzərinə açıq olmalı, əhali daha sərbəst olmalıdır. Respublikaçılar daha mühafizəkardırlar. Düşünürlər ki, ilk olaraq Amerika vətəndaşının rifahı daha yaxşı olmalı, qapılar hər kəsin üzünə açıq olmamalıdır.

Əgər indiyə qədər Amerikada transgenderlərə fikirlər müsbət idisə, onlar daha çox dəstəklənir, hər yerdə yaşıl işıq idisə, artıq onun bu qərarından sonra olmayacaq. O, dedi ki, Amerikada artıq iki cins var: kişi və qadın.

Bir çox azərbaycanlı, eləcə də digər ölkələrin vətəndaşları biznesini, indiyə qədər əldə etdiklərini satıb, Amerika sərhədinə yaxınlaşıb. Orada CBP1 proqramı lotereyasını oynayıb, Amerikaya daxil olmağı düşünürdü. Hətta bəziləri qalib də gəlmişdi. Amma inauqurasiya mərasimindən dərhal sonra bu proqrama stop qoyuldu. Co Bayden administrasiyası bunu yaratmışdı. Bununla Amerikaya rahat keçmək mümkün idi. Tramp bunun qarşısını aldı. Oradakı azərbaycanlıların vəziyyəti heç də yaxşı deyil. Bu dəqiqə çox narahatdırlar. Geriyə də qayıda bilmirlər. Geri dönüşün də öz çətinlikləri var. İndi onların vəziyyətinin necə olacağı və barələrində hansı addımların atılacağı ilə bağlı heç bir məlumat yoxdur. Gözləmə vəziyyətindədirlər.

– Amerikada sizcə, bundan sonra yaşayış səviyyəsi necə olacaq?  

– Mən və mənim kimi Amerikada qanuni yaşaya şəxslərin isə Tramp hakimiyyətindən gözləntiləri çox yüksəkdir. Düşünürük ki, onun siyasəti daxili bazarı gücləndirməyə yönəlib. Daxili bazar gücləndikcə dollar da digər məzənnələr qarşısında güclənəcək. Ucuz işçi qüvvəsinin qarşısı alınacaq. Çünki Amerikanın qapıları hər kəsə açıq deyil. Nəticə etibarı ilə hər kəs Amerikaya daxil ola bilməz. Bu da müəyyən qədər ucuz işçi qüvvəsinin Amerikaya axının qarşısını alacaq.

– Los-Ancelesdə və Kaliforniyada yanğınlar oldu. Bu barədə münasibət bildirməyinizi istərdim.

– Mən Virciniya ştatında yaşayıram. İqlimi Azərbaycana uyğundur. Burada da dörd fəsil var. Kaliforniyada daim isti olur. Orada havanın temperaturu ya orta, ya da yüksəkdir. Heç vaxt aşağı düşmür. Sosial şəbəkələrdə vəziyyət şişirdilmiş olaraq çatdırılır. Amma təbii ki, bu belə deyil. Bir neçə il öncə Türkiyədə də müəyyən meşə yanğınları olmuşdu. Burada da havaların çox isti keçməsi, quraqlıq səbəbindən sürtünmə nəticəsində yanğının baş verdiyi deyilir. Biz də rəsmi xəbərlərə əsasən bunu deyirik. Yanğın tam təbii səbəblərdən baş verib. Hazırda da yanğının müəyyən qədər qarşısı alınır.


Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər