Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Sum 4” yaşayış massivinin sakinləri zavodlarda yaşayırlar. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Sənaye tipli zavodlara 2000-ci ildə məcburi köçkünlər yerləşdirilmişdir. 2018-ci ildən isə FHN tərəfindən həmin tikililərin qəzalı olduğu təsdiqlənib.
Sakinlərin sözlərinə görə, zavodun divarları və tavanı çürüyüb və hər an dağıla bilər. Burada yağış yağan zaman tavana yığılan su ağırlıq yaradır və çöküntülər əmələ gəlir.
“2 azyaşlı övladım var. Uşaqlar neçə dəfə xəsarət alıblar, yağış yağanda hər yer nəm olur. Yaşamaq mümkün deyil”, - deyə sakinlərdən biri şikayət edir.
Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məsələ ilə bağlı bildirdilər ki, həmin ərazidəki sakinlərin çoxu “Qobu park” yaşayış kompleksinə köçürülüb və hazırda burada 4 ailə qalır. Həmin şəxslər də azad olunmuş ərazilərdə şərait yaradılandan sonra ilk növbədə köçürüləcəklər.
[caption id="attachment_76875" align="alignnone" width="640"]
Foto Real Tv-nin rəsmi Youtube kanalı[/caption]