Bakının Xətai rayonu ərazisində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 19 aprel tarixində Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidməti məlumat verib.
Aksiya zamanı Gəncə prospekti, 63, 65, 67, İlqar Zülfüqarov, 103 ünvanlarında 1000-dən çox ağac əkilib.
Daha öncə rayon ərazisində Ceyhun Həsənov, Xudu Məmmədov, Çingizxan Kərimov, İlqar Zülfüqarov küçələrində, Gəncə prospektində, Heydər Əliyev və Gənclik parklarında 5500-dən çox müxtəlif növ ağaclar əkilib.
Aksiyaların davamlı olaraq keçirilməsi planlaşdırılır.
[URIS id=97717]