Bakının Xətai rayonu, Gəncə prospekti, 39 və Q.Nəbi küçələrində ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Xətai rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə icra başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələrinin, MKTB-nin və 265 və 194 saylı tam orta məktəblərin əməkdaşları iştirak ediblər.
Aksiya zamanı ümumilikdə 800 ağac əkilib. Analoji aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.