Xətai rayonunda dibinə metlax döşənən ağaca baxış keçirilib.
İcra Hakimiyyətinin və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağacın dibi metlaxdan təmizlənib, müvafiq aqrotexniki qulluq göstərilib.
12:42 - Xətaidə beşmərtəbəli bina hündürlüyündə ağacın dibi bağlanılıb – FOTO
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 103 ünvanında ağacın dibini bağlayıblar. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında yerləşən restoranlardan birinin qarşısında şam ağacının dibi bağlanılıb. Belə ki, beşmərtəbəli binanın hündürlüyünə bərabər olan ağacın dibinə metlax döşənib.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb:
[caption id="attachment_130423" align="alignnone" width="640"]
Foto Oxu.az[/caption]