Xətai rayonunda uşaqları diləndirən qadınla bağlı açıqlama verilib. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, 37 yaşlı qadınla dəfələrlə profilaktiki söhbətlər aparılsa da, övladlarını uşaq evinə yerləşdirilməsi təklif olunsa da, o, buna razı olmayıb. Polis əməkdaşları onun barəsində dəfələrlə tədbirlər görüblər, ancaq qadın dilənçilik etməkdə davam edib.
Ötən gün rayonun “Xəzər dairəsi” adlanan ərazisində məişət tullantıları olan yerdə qadının oturaraq övladları ilə birilikdə dilənçiliklə məşğul olması barədə məlumat yayılmışdı.