Bakının Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə bu gün, 9 iyul tarixində yenidən qurulmuş futbol, basketbol və voleybol meydançaları şagirdlərin istifadəsinə verilib. Bu haqda 9 iyul tarixində Azərtac məlumat verib.
Layihə Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Təmir zamanı açıq havada yerləşən futbol, basketbol və voleybol meydançaları tam təmir olunub, süni ot örtüyü salınıb, müvafiq avadanlıq və qurğular yerləşdirilib.
Tədbirdə iştirak edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov öz çıxışında qeyd edib ki, həmçinin qəsəbə ərazisində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə üç yeni məktəb inşa olunub.
[caption id="attachment_52067" align="alignnone" width="800"]
Foto Azərtac.az saytı[/caption]