Bakının Xəzər rayonu, Qala qəsəbəsində qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Sözügedən ərazidə icazə sənədləri olmadan tikinti işlərinin aparıldığı aşkarlanıb. FHN tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyekt sökülüb.