Xəzər rayonunda abadlıq işləri aparılıb. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən abadlıq işləri çərçivəsində küçələrdə təmizlik işləri aparılıb, vətəndaşlara məxsus fərdi yaşayış evlərinin divarları, hasarları, darvazaları rənglənib, işıq dirəkləri təmir olunub, piyada səkilərinə yeni bordürlər düzülüb, eləcə də məhəllədaxili yollara asfalt örtüyü çəkilib.
Həmçinin parklarda, istirahət və əyləncə sahələrində təmir-bərpa işləri aparılıb, skamyalar, idman və əyləncə meydançaları təmir edilib. Ərazidə mövcud olan yaşıllıq zolaqları və ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Bundan əlavə, reklam lövhələri səkilərdən və yol kənarlarından götürülərək ərazidən kənarlaşdırılıb.
[URIS id=106061]