top
Bibisi qızını 11 bıçaq zərbəsi ilə öldürən şəxs: Xəyanətini tutdum - FOTO
15 yanvar 2025, 02:10
- ↺ +

Bibisi qızını 11 bıçaq zərbəsi ilə öldürən şəxs: "Xəyanətini tutdum" - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bibisi qızı olan həyat yoldaşını 11 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, hadisəyə yoldaşının ona xəyanət etməsi səbəb olub:

“2016-cı ildən evli idik. 3 övladımız var idi. Münasibətlərimiz yaxşı olub. Ona telefon işlətməyi qadağan etmişdim. Buna səbəb əvvəllər də onun başqasıyla eşq yaşaması idi. O zaman da onun sevgi mesajlarını tutmuşdum. Bunun üçün biz hətta bir müddət ayrı yaşadıq. Sonra barışdıq. Bundan təxminən 10 gün sonra təkrar onun xəyanətini tutdum. Ona bıçaqla zərbələr endirdim. Həmin an məqsədim onu öldürmək idi”.

Təqsirləndirilən hadisəni törədərkən içkili olduğunu bildirib:

“Hadisə günü mən məhəllədəki kafedə içki içdim. Sonra evə gəldim. Ona bıçaqla 3 zərbə vurdum. Lakin ekspertiza 11 zərbə vurduğum barədə rəy verib. İçkili olmasaydım hadisəni törətməzdim. Özümü  təqsirli bilirəm”.

Daha sonra zərərçəkənin anası Samirə Həsənova ifadə verib. Onun sözlərinə görə, qızına qoyulan telefon qadağasından xəbəri var idi:

“Bəxtiyara öz balam kimi baxmışam. Çünki o mənim qardaşımın əmanətidir. Mən Bəxtiyara dəfələrlə dedim ki, telefona icazə versin. Lakin məni dinləmədi. Bunun üçün hətta 2 ay ayrı yaşadılar. Sonra mən Bəxtiyara boşanmaq üçün aidiyyəti üzrə müraciət edəcəyimi dedim. Bəxtiyar maddi durumuna görə indi yox, yanvarda boşanacağını dedi. Mən onlara hər zaman dəstək olmuşam. Bəxtiyara maşın belə aldım. Lakin o, məndən balamı aldı”.

Samirə Həsənova bildirib ki, hadisə ilə bağlı ona oğlu məlumat verib:

“Oğlum mənə hadisəni dedi. Ora getməyə ürəyim gəlmədi. Xəstəxanaya yollandım. Bəxtiyarı görmədim. Onun polisə gedərək təslim olduğunu eşitdim. Onu bağışlamıram. Şikayətçiyəm”.

Məhkəmə 19 fevralda davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Belə ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirib və o, müalicə olunduğu xəstəxanada ölüb.

Hadisənin ailədaxili qısqanclıq zəminində törədilməsi bildirilir.

Bəxtiyar Vəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər