top
Xəzər İsayev: “Ağlaya-ağlaya dedi ki, tez gəlib, meyiti buradan çıxarın” - MÜSAHİBƏ
20 yanvar 2025, 05:04
- ↺ +

Xəzər İsayev: “Ağlaya-ağlaya dedi ki, tez gəlib, meyiti buradan çıxarın” - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

20 Yanvar şəhidi, güləşçi Müşfiq İsayevin qardaşı Xəzər İsayevin İdman.biz-ə müsahibəsi

- Qardaşınızı necə xatırlayırınız?

- İdmançılar bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Müşfiqin də xarakterində idmançıya xas xüsusiyyətlər vardı. Xaraktercə çılğın idi, hər yerdə sözünü deməyi bacarırdı. Çox mərd adam idi. Yadımdadır, hələ o vaxt Əfqanıstanda vuruşmaq üçün ərizə vermişdi. Elə oldu ki, ora gedə bilmədi, əsgərliyini başqa yerdə çəkdi. Burada doxsanıncı illər hadisələri başlayanda o, Rusiyanın Vladimir şəhərində təhsil alırdı. Məlum hadisələri eşidən kimi dedi ki, Azərbaycana qayıdıb, vətən uğrunda əlimdən gələni etmək istəyirəm. Qayıtdı da. Vətənpərvər adam idi.

- Çox güman, qardaşınızın da idman sevgisi ailənizdən gəlirdi.

- Bəli. Biz idmançı ailəsində böyümüşük. Atamız güləşçi olub. Dörd qardaş hamımız güləşlə məşğul olmuşuq. Güləş sevgisi bizə atamızdan keçib. Əvvəlcə nəticə verən böyük qardaşım oldu. Sonradan mən peşəkar idmanda davam etdim. Müşfiq güləş üzrə idman ustalığına qədər qalxmışdı. Müəyyən mərhələyə qədər irəlilədi, sonra isə təhsili ilə əlaqədar Vladimir şəhərinə yollandı. Əgər burada davam etsəydi, o da mənim qədər məşhur idmançı ola bilərdi. Sadəcə oxuduğu dövrdə oranın şərtləri ilə güləşlə davam etməyi çatdıra bilmirdi. Sonradan oxuya-oxuya boksla məşğul olmağa başladı.

- Son bir neçə il istisna olmaqla ölkəmizdə davamlı şəkildə Müşfiq İsayevin xatirə turniri keçirilirdi. Sözügedən turnir yenidən təşkil oluna bilərmi?

- Bəli. 23 il ardıcıl olaraq Müşfiqin xatirəsinə həsr olunan sərbəst güləş üzrə turnir keçirdik. Pandemiya dövründə qapalı məkanlarda tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulduğu üçün həmin il turnir baş tutmadı. Daha sonra isə müəyyən problemlərdən dolayı ənənəni davam etdirə bilmədik.

- Bu istiqamətdə hansısa təşəbbüslə çıxış etmisinizmi?

- Yenidən məsələni qaldırmaq istəyirəm. 23 il az müddət deyil, Azərbaycan pəhləvanlarının əksəriyyəti sözügedən turnirdə güləşərək yığma komandaya düşürdülər. Bu il artıq gecdir, ancaq mümkün olarsa, gələn il turniri yenidən keçirə bilərik. Məsələ ilə bağlı artıq Güləş Federasiyasına da müraciət etmişəm.

- Xəzər bəy, o dəhşətli gecəni necə xatırlayırsınız? Qardaşınızın şəhid olma xəbərini kimdən öyrənmişdiniz?

- Mən həmin vaxt Ağdaşda idim. Təxminən, saat birə iyirmi dəqiqə işləyirdi. Bakıdan telefon zəngi gəldi. Zəng Bakıdakı ATS-dən idi. Bir qız ağlaya-ağlaya deyirdi ki, Bakıda qırğındır. Birdən əlaqə kəsildi. Üç-beş dəqiqədən sonra yenidən zəng gəldi. Soruşdular ki, Xəzər İsayevgilin evidir? Dedim bəli, danışan özüdür. Telefonun o biri başından gələn səs ağlaya-ağlaya dedi ki, burada qırğındır, kimini dənizə atırlar, kiminin də üstünə torpaq tökürlər. Sizin də qardaşınız rəhmətə gedib. Bacardıqca tez gəlib, meyiti buradan çıxarın. Xəbəri eşidəndə telefon əlimdən düşdü. Gecə ilə yola çıxdım. Ancaq Sulutəpəyə çatanda şəhərə girişə icazə vermədilər. Daha sonra qayınatam və digər ağsaqqallarla birgə qatarla gəldik çıxdıq Bakıya. Müşfiqin xarakterində xeyli müsbət məqam sadalamaq olar. Hər yerdə nümunə olmaq istəyirdi. Ona “Xəzərin qardaşı” deyiləndə qəbul etmirdi. Deyirdi ki, mən öz adımla tanınmaq istəyirəm. Elə də oldu. Oğluma onun adını qoymuşam. Baxmayaraq ki, bu gün mən dünyaşöhrətli idmançı olub, müvafiq vəzifələrdə çalışsam da, özümlə daha çox Müşfiqin qardaşı kimi fəxr edirəm.

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər