Sürücülər paytaxtın Xocalı prospektində yerləşən parklanma məntəqəsindən şikayətçidir.
Bakuplus.az xəbər verir ki, sakinlərdən birinin sözlərinə görə, Xocalı prospekti, 13 ünvanında parkinqə giriş üçün xüsusi giriş xətti olsa da, çıxış üçün heç bir işarə yoxdur.
"Bu səbəbdən sürücülər parkinqi tərk edərkən məcburən avtobus zolağı ilə hərəkət etməli olurlar. Nəticədə isə ərazidəki kameralar onları çəkir və cərimə yazılır", - deyə şikayətçi qeyd edib.