Paytaxtın Binəqədi rayonu, Eldar Babayev küçəsi, “Xutor” adlanan ərazidə yarımçıq tikilmiş bina hər gün faciəyə səbəb ola bilər. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Adıçəkilən ərazidə yerləşən tikilinin söküntüsü yarımçıq qalıb. Mişar daşları hər an insanların və ya avtomobillərin üzərinə düşə bilər və ərazidə heç bir təhlükəsizlik infrastrukturu yoxdur.
Tikili əvvəllər restoran olub. Daha sonra bina qəzalı vəziyyətə düşüb deyə sökülərək yenisini inşa etmək planlaşdırılır. Rəsmi qurumlar məsələ ilə bağlı bildiriblər ki, ərazi nəzarətə götürələcək və müvafiq addımlar atılacaq.