Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində içməli suyun verilişində fasilə yaranıb. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az məlumat verir.
Verilən məlumata görə, problem su xəttində baş vermiş qəza nəticəsində yaranıb. Sakinlərin iddialarına əsasən, həmin ünvanda iki gündür ki, su yoxdur.
“Azərsu” ASC-dən bildirilib ki, qəzanın nəticələri aradan qaldırılır, və gün ərzində su təchizatı bərpa olunacaq.