Bakının Yasamal rayonundakı H.Zərdabi 72-2 ünvanında sakinlər birinci mərtəbədə açılacaq idman zalından narahatdır. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Şikayətçilərin sözlərinə görə, MTK sahibi binanın arxa tərəfində yerləşən uşaq əyləncə mərkəzinin qarşısında idman zalı açmaq istəyir.
Sakinlər, MTK rəhbərinin idman zalının iri kondisioner kompressorlarını divarın üstündə deyil, yerdə yerləşdirmək istədiyini bildirirlər. Bu, uşaqların hərəkətinə mane olacaq və kompressorların səsi narahatlıq yaradacaq.
Binanın komendantı Sadiq Dünyamalıyev, sahənin qanuni sənədi olduğunu və bütün işlərin mövcud layihə əsasında həyata keçiriləcəyini bildirib. Kompressorların yeri isə hələ müəyyənləşməyib
[video width="848" height="848" mp4="https://bakuplus.az/storage/photos/2024/08/img_3311.mp4"][/video]