Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə, 112 ünvanında yerləşən beşmərtəbəli binanın bloku tiryəkxanaya çevrilib. Bu haqda bu gün, 2 iyun tarixində Metbuat.az məlumat verib.
Binanın girişində natəmizlik hökm sürür, tullantılar arasında isə tez-tez istifadə olunmuş şprislərə rast gəlmək mümkündür.
“Qızım hər gün bağçaya gedəndə binanın birinci və ikinci mərtəbələrində olan şprisləri göstərib bura niyə atıldığını soruşur. Mən ona onlara toxunmamaq barədə danışmışam, amma uşaqdır, birdən əl atsa, barmağına həmin iynənin ucu toxunsa, kim övladımın sağlamlığına görə cavabdeh olacaq?” - şikayətçi bildirib.
Sakinlərin sözlərinə görə, polislər həmin ərazidə reyd keçiriblər. Lakin, bir müddət sonra yenidən vəziyyət əvvəlki halına qayıdıb.