Yasamal rayonunun bir hissəsində qaz olmayacaq. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
H.Zərdabi prospekti ilə A.Abbasov küçəsinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar rayonun bir sıra ərazilərində qaz olmayacaq. Məhdudiyyət H.Zərdabi, Mətbuat prospektləri, M.Seyidov, Z.Xəlilov və A.Abbasov küçələrində 3000 abonenti əhatə edəcək.
Fasilə 12 iyul saat 00:00-dan etibarən başlayacaq.