Bakının Yasamal rayonu, Məmmədcəfər Cəfərov və Asif Məhərrəmov küçələrinin kəsişməsində təmir işləri gedir. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az xəbər verir.
M.Cəfərov və A.Məhərrəmov küçələrinin kəsişməsində yeraltı su xətləri təmir olunur. Bu səbəbdən ərazidə qazıntı işləri aparılıb, hərəkətə məhdudiyyət qoyulub. Nəticədə yolda sıxlıq yaranıb.
Ərazidən keçən sürücülərdən diqqətli olmaları xahiş olunur.