Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsində narkomanlar yuvası aşkarlanıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
4 tərəfi yaşayış binaları ilə əhatə olunan ərazidə narkomanlar toplaşırlar. Sözügedən ərazi sahibsiz deyil. Buranın həm Mənzil Kommunal İstismar Sahəsi, həm də sahə inspektoru var. Ancaq narkotik aludəçiləri işlərini görmək üçün gecəni belə gözləmirlər.
“Buradan keçəndə eşitdim ki, bir nəfər deyir: “Bunu qəbul eləsəm, heçnə olmaz?” Digəri isə qayıdıb dedi: “Yox. İstəyirsən, bundan 100 ədəd qəbul elə, heç nə olan deyil”. Ərazidən keçməyə belə qorxuruq”, – deyə yaxınlıqdan keçən sakin bildirib.