Bakının Yasamal rayonu, Mətbuat prospektində yeni əkilmiş ağaclar sulanmır. Bu haqda bu gün, 14 avqust tarixinində Bakuplus.az xəbər verir.
Adıçəkilən ərazidə çoxlu sayda cavan ağaclar əkilib. Amma onlara nəzarət edən yoxdur. Ağaclar uzun müddətdir ki, sulanmır və onlara lazımi qulluq göstərilmir. Bu da ağacların qurumasına səbəb olur.
Ağaclar yolun kənarında, yaşayış binalarının yaxınlığında, sakinlər üçün əlçatan ərazidə yerləşir.
[caption id="attachment_109426" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]