top
Yeni Günəşlidəki binanın paradoksu: ərazini öz əlləri ilə zibilləyən sakinlər hökumətdən abad həyət istəyirlər - VİDEO
05 avqust 2023, 05:19
- ↺ +

Yeni Günəşlidəki binanın paradoksu: ərazini öz əlləri ilə zibilləyən sakinlər hökumətdən abad həyət istəyirlər - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, D massivi, 20 saylı binanın sakinləri abad həyət arzusu ilə yaşayırlar. Sakinlər zibilə qərq olan məhəllədən, nahamar yollardan, sınıq-salxaq, hələ üstəlik qarşısında hər dəfə avtomobillərin saxlanıldığı skamyalardan və könüllərini bulandıran daha nələrdən gileylənirlər. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Hələ sovet dövründə inşa edilən bu 10 mərtəbəli bina əhli saysız-hesabsız problemlərdən qurtarmağın yolunu bu məhəllənin aidiyyəti qurumlar tərəfindən abadlaşdırılmasında görür.

Çalalarla dolu, yağışlı havada ətrafa palçığın, yayda isə toz dumanının yayılmasına səbəb təmirsiz yol, uçmaq təhlükəsi ilə üz-üzə qalan talvarlar, sınıq-salxaq pilləkənlər - bunların hamısı uzun illərdir ki, yararsız vəziyyətdə qalır. Dəniz mənzərəli bu binanın yerləşdiyi ərazi təmiz havası və gözoxşayan görünüşü ilə seçilməli olsa da, binanın arxası sözün əsl mənasında zibil poliqonuna çevrilib. Zibili atanlar isə sakinlərin özləridir.

Suraxanı Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, Yeni Günəşli qəsəbəsi, D massivi, 20 saylı bina Mənzil-Kommunal Təsərrüfat Birliyinin və ya bu kimi xüsusi təyinatlı birliklərin balansında deyil. Bina korporativ əsaslarla sakinlərin öz vəsaiti hesabına idarə edilir və bütün kommunal xərclər və işlər sakinlər tərəfindən qarşılanır. Bu səbəbdən RİH tərəfindən orada hər hansı bir təmir-bərpa işləri aparıla bilməz.

Lakin bütün bunlara baxmayaraq, xəstəlik mənbəyinə çevrilən binanın zibilliklərlə dolu arxası hissəsi Qəsəbə Nümayəndəliyi və Bələdiyyə əməkdaşları tərəfindən dəstək məqsədilə təmizlənib.

“Bildiyiniz kimi, bura bizim xidmət sahəmiz deyil. Ancaq ümumi rayona aid olduğu üçün, antisanitariya vəziyyətinin qarşısının alınması üçün dəfələrlə burada təmizlik işləri, abadlıq işləri aparılıb. Dəfələrlə də sakinlərə müraciət etmişik, hətta binaların girişində, blokların girişində məlumatlandırma xarakterli bildirişlər vurmuşuq. Buna baxmayaraq, sakinlər yenə də buraları zibilləməkdə davam edirlər”, – Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Rəvan Nüsrətli öz növbəsində bildirib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər