Bakının Sabunçu rayonu, Zabrat–Balaxanı yolunda təhlükə saçan beton hasar narahatlıq yaradır. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az ARB Media-ya istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, əvvəllər sözügedən beton baryerlərin qarşısında yol nişanı var idi. Lakin bir müddət əvvəl nişan yığışdırılıb və bundan sonra burada tez-tez qəzalar baş verməyə başlayıb.
“Burada motosiklet sürücüsü həlak olub. Axşam saatlarında əks istiqamətdən gələn maşınların işığına görə beton görünmür”, – deyə sakinlər bildirirlər.