Bakı Zooloji Parkında ilk dəfə “Gecə turu” keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 25 oktyabr tarixində xəbər verir.
Tura qatılaraq günəş batandan sonra heyvanlar aləmində nələrin baş verdiyini izləyə, gecə aktiv olan heyvanları daha yaxından seyr edə bilərsiniz.
İştirak etmək istəyənlər 29 oktyabr, 21:00-da Bakı Zooparkına yaxınlaşa bilərlər.
Turun müddəti 2 saat təşkil edəcək.