Azərbaycanda ilk dəfə olaraq gənclər arasında boks üzrə Avropa çempionatı (U-22) keçiriləcək. Müvafiq qərarı Avropa Boks Konfederasiyası elan edib. Bu haqda bu gün, 5 yanvar tarixində APA məlumat verib.
Səsvermə nəticəsində Azərbaycanın namizədliyi Bolqarıstan və Rumıniyanı qabaqlayıb və ölkəmiz gənclər arasında AVRO-ya ev sahibliyi etmək hüququ qazanıb.
Çempionat bu ilin oktyabr-noyabr aylarında Bakıda keçiriləcək. Turnirin dəqiq tarixləri yaxın günlərdə açıqlanacaq.
Konfederasiya, həmçinin iyulda Junior EURO-ya ev sahibliyi etməyi Rumıniyaya, avqustda isə məktəblilər arasında yarışı Sloveniyaya həvalə etmək qərarına gəlib.