Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Bakı bulvarının sularında avarçəkənlərin nümunəvi çıxışlarını təşkil edib. Bu haqda bu gün, 24 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.
Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimindən sonra Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Diana Dımçenko, müxtəlif beynəlxalq turnirlərin qalibi Ziya Məmmədzadə, həmçinin yığma komandanın digər üzvlərinin dəniz avarçəkməsi, akademik avarçəkmə, kayak və kanoe, həmçinin turistlər üçün nəzərdə tutulan qayıqlarda nümunəvi çıxışları baş tutub.
Bu addımlar paytaxtda yaşayan yeniyetmə və gənclər üçün bu idman növünü əlçatan etmək, kütləviliyin təmininə nail olmaq, inkişaf etdirməkdir.