Bakıda ağırlıqqaldırma üzrə Azərbaycan Çempionatı keçiriləcək. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir.
Müsabiqədə şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, eləcə də idman mərkəzlərinin imdançıları iştirak edəcəklər.
Yarış 21 dekabr tarixində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında başlayacaq. Mübarizə 3 gün davam edəcək.
Tədbirin məqsədi beynəlxalq turnirlərə təcürbəli idmançılar seçməkdir.