Bakıda 26 dekabr - 1 yanvar tarixlərində bir sıra idman tədbirləri keçiriləcək. Bu haqda bu gün, 26 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Tədbirlərin siyahısı:
- "İdmanla sağlam gələcək" devizi altında 2009 - 2011-ci il təvəllüdlü oğlanlardan ibarət Sabunçu rayonunun qəsəbələrinin komandaları arasında minifutbol üzrə turnir - 26 dekabr, saat 14:00 (Ramana İdman Mərkəzinin meydançası);
- Tələbələr arasında stolüstü tennis üzrə turnir - 27 dekabr, saat 10:00 (Tibb Universiteti);
- Kamandan oxatma üzrə Bakı şəhər çempionatı - 29 dekabr, saat 10:00 (Hövsan Olimpiya İdman Kompleksi);
- Uşaq, yeniyetmə və gənclər arasında basketbol liqası (2006-2007, 2008-2009, 2010-2011-ci il təvəllüdlü idmançılar arasında) - 29 - 30 dekabr, saat 10:00 (Texniki Universitet).