Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (17 yaşadək) arasında keçirilən “Təhsil” beynəlxalq turnirinə yekun vurulub. Bu haqda bu gün, 20 dekabr tarixndə Bakuplus.az Azərbaycan Güləş Federasiyasına istinadən məlumat verir.
Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın sonuncu günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri çıxış ediblər.
Bakı İdman Sarayında keçirilən turnirdə Rəvan Həsənzadə (48 kq), Ayxan Cavadov (55 kq), Murad Zeynalabdinov (65 kq), Orxan Hacıyev (80 kq) və Mahir Qurbanlı (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.