Bakıda güləş üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Güləş Federasiyasına istinadən xəbər verir.
20-23 dekabr tarixlərində Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləş növləri üzrə yarışlar keçiriləcək. İlk 2 gün yunan-Roma, son günlər isə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Görüşlər hər gün saat 10:00-da başlayacaq.