Bakının Heydər Əliyev Mərkəzinin parkında “10 il Sizinlə” şüarı ilə həftəsonu tədbirləri çərçivəsində 3 sentyabr tarixində cüdo idman növü üzrə ustad dərsi keçiriləcək. Bu haqda 29 avqust tarixində Bakuplus.az məlumat verir.
Saat 18:00-da başlayacaq dərs Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil olunacaq. Ustad dərsini əməkdar idman ustası Natiq Bağırov və Olimpiya çempionu Elnur Məmmədov keçəcəklər. Həmçinin Rüstəm Orucov, Səid Mollayi və Orxan Səfərov kimi tanınmış cüdoçularımız tədbirdə iştirak edəcəklər.
Ustad dərsində idman geyimində 6 yaşdan yuxarı hər kəs ödənişsiz iştirak edə bilər.