Bakının Su İdman Sarayının nəzdində padel tennis üçün nəzərdə tutulan kortun açılışı olub. Bu haqda bu gün, 24 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və qurumun digər əməkdaşları iştirak ediblər. Nazirliyin rəhbərliyindən ibarət iki rəmzi komanda formalaşıb və onlar öz aralarında formal oyun keçiriblər.
Padel tennis 1969-cu ildə Meksikada yaranıb və özündə bir nəçə tennis növünü birləşdirir.