Bakıda qılıncoynatmanın “sablya” növü üzrə qadınlardan ibarət milli komandamız, Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının idmançıları təlim-məşq toplanışı keçirirlər. Bu haqda bu gün, 7 yanvar tarixində Report məlumat verib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən bildirilib ki, təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə keçiriləcək Qran-pri turnirinə hazırlıq məqsədilə təşkil edilir.
Azərbaycanı Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova təmsil edəcəklər.
Məşqlər yanvarın 4-dən ayın 11-nə kimi davam edəcək.
[URIS id=86084]