Bakıda 31 oktyabr - 6 noyabr tarixlərində Zəfər Günü münasibətilə bir sıra idman tədbirləri keçiriləcək. Bu haqda bu gün, 31 oktyabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
İdman yarışları Binəqədi, Nərimanov, Sabunçu, Nizami, Səbail, Suraxanı, Xəzər, Xətai və Yasamal rayonlarında böyüklər və uşaqlar arasında təşkil olunacaq.
Tam siyahı ilə burada tanış olmaq mümkündür.