Gənc boksçular arasında Azərbaycan birinciliyi başa çatıb. Bu haqda bu gün, 23 dekabr tarixində Boks Federasiyası məlumat verib.
Boks Federasiyasında baş tutan yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 175 boksçusu mübarizə aparıb. 7 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Final döyüşlərində qalib gələn Rauf Məmmədov, Sübhan Məmmədov, Ömər Aslanlı, Məhəmmədəli Aşurəliyev, Nadir Məlikov, Aslan Quliyev, Sənan Hətəmov, Ziya Həsənov, Fərhad Şeydayev, İlfan Xəlilli, İsmayıl İsmayılov, Səbuhi Əlizadə və Fərid İsmayılov çempion tituluna sahib olublar.
Birincilikdə ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. “Qəbələ” İdman Klubunun çalışdırıcısı Ramiz Mirkamilov ən yaxşı məşqçi, Sərraf Səmədov isə ən yaxşı hakim adına sahib olub.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
[URIS id=84420]