Bakının Boks Mərkəzində keçirilən Azərbaycan birinciliyi 15-22 dekabr tarixlərində keçirilir. Qarşılaşmalar bu gündən, dekabrın 16-dan başlayır. Bu haqda APA məlumat verib.
Mübarizə 13 çəki dərəcəsi üzrə 56 komandanı təmsil edən atletlər arasında aparılacaq. Çempionatda kişilər, qadınlar, yeniyetmələr və uşaqlar iştirak edirlər.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Yarışın baş hakimi Emil Qurbanəliyevdir.