Səbail rayonunda “İdman hamı üçün" aksiyası çərçivəsində 1 oktyabr tarixində Rafiq İsgəndərov küçəsində, Abad məhəllədə “Gimnastika hamı üçün” açıq idman tədbiri keçiriləcək. Bu haqda 30 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Saat 10:00-da başlayacaq tədbir Səbail rayon İcra Hakimiyyətinin dəstəyi, Səbail rayon Gənclər və İdman İdarəsinin və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Bütün yaş qruplarından olan sakinlər sözügedən aksiyaya qoşula bilərlər.